Mən özlərini bütünlüklə meydanda gedən mübarizəyə həsr etmiş uşaqlarla fəxr edirəm. Bunu meydan səhiblərinin baş məşqçisi Şahin Diniyev 1:1 hesabı ilə başa çatmış Azərbaycan-Türkiyə yoldaşlıq matçıdan sonra bildirib.
Trend agentliyinin məlumatına əsasən, buraxılmış qol oyundan alınan təssüratı bir az sönükləşdirsə də, məşqçi ümumilikdə Azərbaycan oyunçularından razı qalıb.
"Biz qalib gələ bilərdik, lakin müdafiədə buraxılmış səhv bizə baha başa gəldi" - deyə Diniyev vurğulayıb.
Onun dediklərinə görə, futbolçular getdikcə özlərini daha əmin hiss edirlər, dəfələrlə təhlükəli halların öhdəsindən gələn qapıçı Fərhad Vəliyevin oyunu buna misaldır.
"Heç kimin adını çəkmək istəməzdim, amma 2002-ci ilin dünya çempionatının bürünc medal sahibləri ilə matçda uşaqların hamısı çalışır, əllərindən gələni edirdilər" - deyə məşqçi bildirib.