...

Rəbiyyət Aslanova: "Macarıstan məhkəməsinin humanist qərar qəbul edəcəyini gözləyirdik"

Cəmiyyət Materials 14 Aprel 2006 13:51 (UTC +04:00)

Macarıstan məhkəməsinin humanist qərar qəbul edəcəyini gözləyirdik. Bu barədə Trend ə Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova Macarıstanda erməni zabitinin qətlində ittiham olunan Azərbaycan ordusunun zabiti Ramil Səfərovun cinayət işi ilə bağlı çıxarılan məlum qərarına münasibət bildirərkən qeyd edib.

R.Aslanova bildirib ki, rəsmi Bakı Macarıstan məhkəməsinin hadisənin baş vermə səbəblərini dərindən araşdıracağını güman edirdi: "Amma hər şey bizim gözlədiyimizin əksinə oldu. Apellyasiya şikayətinin verilməsini və işin hansı istiqamətdə aparılacağını gözləmək lazımdır". Komissiya sədri onu da vurğulayıb ki, hüquqşünaslarımızın məhkəmənin ikinci instansiyasında işin təfərrüatı ilə araşdırılması üçün ciddi çalışması lazım olacaq: "Apellyasiya məhkəməsinin çıxaracağı qərarı gözləmək lazımdır".

R.Aslanova onu da bildirib ki, Milli Məclis tərəfindən Macarıstan parlamentinə məsələ ilə bağlı hər hansı bir etiraz edilməyib: "Biz yalnız məhkəmənin çıxardığı qərara etiraz edə bilərik, onun dəyişdirilməsi yalnız qanun çərçivəsində həyata keçirilə bilər".

Xəbər lenti

Xəbər lenti