Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin "dondurulması" nəticəsində ölkədə faktiki olaraq əhalinin böyük əksəriyyəti hələ də daxili köçkün şəxslər kateqoriyasına aiddir. Trend in məlumatına görə, bu barədə aprelin 18-də UNHCR təşkilatının MDB-nin 7 ölkəsində fəaliyyəti barədə məruzəsində bildirilir.
"UNHCR donorların, eləcə də Azərbaycanda davam edən və yeni dəstək layihələrində digər tərəfdaşların maraqlarının artırılması üsullarını axtarır", -deyə sənəddə bildirilir.
Məruzədə daha sonra "BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) nümayəndəliyinin Cənubi Qafqaz ölkələrində fəaliyyətinin əsas vəzifəsi sonrakı yardımların göstərilməsi üçün vəziyyəti öyrənməkdən və qaçqınların ehtiyaclarını aydınlaşdırmaqdan ibarətdir".
Sənəddə həmçinin, 2006-cı il üzrə UNHCR nümayəndəliyinin büdcəsinin rəqəmləri təqdim olunub. Eləcə də, Bakıdakı nümyaəndəliyin büdcəsi 3,564,813 mln. dollar, Ermənistandakı nümayəndəliyin 1,535,176 mln. dollar, Gürcüstandakı nümayəndəliyin 4,304,911 mln. dollar məbləğində müəyyən edilib. Müqayisə üçün qeyd edək ki, UNHCR-in Rusiyadakı nümayəndəliyinin fəaliyyətinin xərcləri üçün 15,609,817 mln. dollar vəsait ayrılıb.