...

İbadulla Ağayev: Martın 4-dən başlayaraq Azərbaycanda "quş qripi" ilə bağlı şübhələr belə yoxdur

Cəmiyyət Materials 19 Aprel 2006 12:50 (UTC +04:00)

Azərbaycanda "quş qripi"nə yoluxanların ümumi sayı 13 nəfər olub. Onlardan 5-i müalicə olunmalarına baxmayaraq vəfat edib. Trend in xəbər verdiyi kimi, bu barədə Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev bəyan edib.

Bu xəstələrin müalicəsi Ağciyər Xəstəlikləri ETİ-də və 7 saylı yoluxucu xəstəliklər xəstəxanasında aparılıb.

"Martın 4-dən indiyədək Azərbaycanda hətta bu virusa şübhələr belə olmayıb", - deyə o qeyd edib.

Beynəlxalq təşkilatlar Azərbaycanda "quş qripi" ilə mübarizə çərçivəsində aparılan tədbirlərdən razıdır. O, Çin və Türkiyədə keçirilmiş konfranslarda bunun şahidi olub. "Əgər "quş qripi" təhlükəsi ikinci dəfə yaranarsa, Səhiyyə Nazirliyinin İnnovasiya və Təminat Mərkəzi kifayət qədər preparata malikdir", - deyə İ.Ağayev bildirib.

Xəbər lenti

Xəbər lenti