...

Deputat Yevda Abramov: "Azərbaycanda yəhudilər tutduqları mövqelərdən çox razıdırlar"

Cəmiyyət Materials 21 Aprel 2006 14:20 (UTC +04:00)
Deputat Yevda Abramov: "Azərbaycanda yəhudilər tutduqları mövqelərdən çox razıdırlar"

"Azərbaycanda yəhudilər tutduqları mövqelərdən çox razıdırlar". Trend in məlumatına görə, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda keçirilən konfransda miliyyətcə yəhudi olan Milli Məclisinin deputatı Yevda Abramov bildirib.

Y.Abramov qeyd edib ki, Azərbaycanda yəhudilərin yaşam tarixi təxminən 2500 ilə qədər gedib çıxır. Buna görə də onlar artıq aborigen statusu daşıyırlar. Y.Abramovun sözlərinə görə, tarixi antropoloqlar Azərbaycanda yaşayan yəhudilərlə azərbaycanlıların arasında fizionomiya baxımından heç bir fərli əlamət tapa bilməyiblər. Yəhudilərin Azərbaycanda yerli etnik azərbaycanlılarla qaynayıb-qarışdığını deyən Y.Abramov onu da vurğulayıb ki, onun mənsub olduğu xalqın nümayəndələri heç vaxt yaşadıqları ölkələrdə ərazi iddialarında olmayıb, başqa tələblər irəli sürməyiblər.

"Azərbaycan xalqı həmişə yəhudiləri sevib və biz yəhudilər də özümüzü Azərbaycan xalqından, dövlətindən ayırmırıq. Tarix boyu hər zaman azərbaycanlıların faciələrinə şərik olmuşuq. Ötən əsrin 1918-19-cu illərində erməni quldurları tərəfindən Azərbaycanda soyqırm törədilərkən yerli azərbaycanlılarla bərabər minlərlə yəhudinin də qətlə yetirilməsi, Qarabağ müharibəsində yəhudilərin də könüllü döyüşlərə gedib şəhid olması bu birliyi göstərir və biz bununla fəxr edirik"-deyə yəhudi millət vəkili vurğulayıb.

Xəbər lenti

Xəbər lenti