Azərbaycan gimnastı Anna Qurbanova Bratislavada keçirilən beynəlxalq turnirdə 5 gümüş medal qazanıb. Azərbaycanın Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend agentliyinə verilən məlumata görə, 2006-cı il ölkə çempionu ilk dəfə gümüş medala müxtəlif idman növləri üzrə yarışda topla hərəkətlərə görə 58.733 xal toplamaqla layiq görülüb.
Gimnast eyni nəticəni ayrı-ayrı idman növləri üzrə finallarda əldə edib. Belə ki, A.Qurbanova ip, top, gürz və lentlə hərəkətlər üzrə ikinci yerə çıxıb. Turnirin ən yaxşı qimnastı adına Rusiyalı Yevqeniya Kanayeva layiq görülüb, üçüncü yerə isə Belarusdan olan Valeriya Kurilskaya çıxıb.
A.Qurbanovanın uğurlu çıxışı onun "dünya səviyyəli gimnast" kimi tanınması ilə eyni vaxta düşüb. "Neftçi"nin nümayəndəsi Beynəlxalq Gimnatsika Federasiyasının xüsusi siyahısana daxil olaraq, FIG nişanı ilə mükafatlandırılıb. Qeyd etmək lazımdır ki, A.Qurbanova D.Gimatovadan sonra bu siyahıya düşən ikinci Azərbaycan gimnastıdır.
Yeniyetmələr arasında yarışda Azərbaycanı təmsil edən Zeynəb Cavadlı finalçılar arasına daxil ola bilməyib. Məşqçilərin fikrincə, 15 yaşlı idmançı həyəcanını boğa bilməyərək, zəif nəticə əldə edib (25 iştirakçı arasında 14-cü yer).
Milli Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, aprelin 28-29-da Nijniy Novqorodda komandalar arasında qrup hərəkətləri üzrə Dünya kuboku keçiriləcək. Vəfa Hüseynova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay, Alina Tryopina və Anastasiya Prasolova burada çıxış edəcək. Aliyə Qarayeva isə qala-konsert verəcək.