...

Azərbaycanda Dini Ekspert Şurası yaradılıb

Cəmiyyət Materials 1 May 2006 18:38 (UTC +04:00)

Azərbaycanda dini qurumlarla iş üzrə Dövlət Komitəsi yanında Dini Ekspertlər Şurası yaradılıb. Dövlət Komitəsindən Trend ə Şuranın ictimai əsaslarla yaradıldığı bildirilir.

Şuranın tərkibinə 15 dini ekspert və ilahiyyatçı alim daxildir. Artıq Şuranın Nizamnaməsi qəbul edilib. Şuranın fəaliyyəti 4 əsas istiqamətə yönələcək: dini maarifləndirmə sistemində təşkilati sistemin yaradılması, müxtəlif dini icmaların sosial problemlərin həllinə cəlb edilməsi, dinlər və dini icmalar arasında konstruktiv əməkdaşlıq və tolerantlığıq münasibətlərinin formalaşdırılmasına yardım və KİV monitorinqinin keçirilməsi.

Şuranın fəaliyyətinin digər istiqamətlərinə Dövlət Komitəsinin məlumat bankının fəaliyyətinin təkmilləşdirilməsinə yardım, dini maarifləndirmə proqramının analizi, dövlətin dini Konsepsiyasının işlənməsi və s. Şuranın fəaliyyətinə Dövlət Komitəsi nəzarət edəcək.

Xəbər lenti

Xəbər lenti