Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycana texniki yardım göstərəcək. Bu barədə, Trend agentliyinə əsasən, ÜST-ın Avropa regional bürosunun yaydığı məlumatda deyilir.
Gələcəkdə ÜST səhiyyə sisteminin möhkəmləndirilməsi və maliyyələşdirilməsi, əczaçılıq potensialının artırılması və fövqaladə hallara hazırlıq sahəsində Azərbaycana texniki yardım göstərəcək.
Bu tədbirlər ÜST-in baş direktoru Çon Vuk Linin aprelin 26-da başa çatmış ilk Bakı səfəri zamanı müzakirə olunub.