...

Azərbaycanın boks üzrə komandası Kliçko qardaşları turnirində 5 medal qazanıb

Cəmiyyət Materials 2 May 2006 14:55 (UTC +04:00)

Azərbaycanın boks üzrə komandası Kiyevdə başa çatmış Kliçko qardaşları mükafatları üzrə ənənəvi beynəlxalq turnirdə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

Milli Federasiyanın baş katibi Tofiq Babanlının Trend ə verdiyi məlumata görə, fəxri kürsünün ən yüksək pilləsinə 2003-cü il Dünya Çempionatının bürünc mükafatçısı Tofiq Əhmədov (69 kq) qalxıb. Finala çatmış Natiq Alışov (69 kq) da uğurla çıxış edib. Mükafatçılar üçlüyünü Afina Olimpiadasının iştirakçısı Ceyhun Əbiyev (51 kq), Rüstəm Sofiyev (75 kq) və Cəbi Sailov (81 kq) qapayıb.

Qeyd etmək lazımdır ki, Kiyev turnirində rinq sahibləri, o cümlədən mükafatların böyük hissəsini qazanmış rusiyalı boksçular uğurla çıxış edib.

Xəbər lenti

Xəbər lenti