...

Azərbaycanlı alimlər Misirdə ixtisasartırma kursları keçir

Cəmiyyət Materials 17 May 2006 13:56 (UTC +04:00)

17 nəfər azərbaycanlı ərəbşünas və şərqşünas alim Misirdə ixtisasartırma kursları keçir. Misirin Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumata görə, kurslar Misirin MDB ölkələri ilə texniki əməkdaşlıq Fondu tərəfindən təşkil olunub.

Qrupa Bakı Dövlət Universiteti, Şərqşünaslıq İnstitutu və Nizami adına Ədəbiyyat İnstitutunun alimləri daxildir.

Səfirlik nümayəndəsinin sözlərinə görə, səfər və təlim xərclərini Misirin Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Fond öz üzərinə götürür. Həmin Fond müntəzəm olaraq azərbaycanlı tələbələr, hüquq mühafizə və gömrük orqanları əməkdaşları və maliyyə qurumları üçün müxtəlif kurslar və treninqlər təşkil edir.

Belə ki, bu yaxınlarda Misirdə Bakı Dövlət Universitetinin bir qrup tələbəsi üçün ərəb dilini təkmilləşdirmə kursları keçirilib. Azərbaycanın hüquq mühafizə orqanları əməkdaşları isə beynəlxalq və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə treninqlər keçib.

Xəbər lenti

Xəbər lenti