...

Azay Quliyev: "Ramil Səfərovun həyatı üçün hər an təhlükə var"

Cəmiyyət Materials 30 May 2006 16:04 (UTC +04:00)

Erməni zabitinin qətlində ittihamlanaraq Macarsıtanda həbs edilən azərbaycanlı zabit Ramil Səfərovun həyatı üçün hər an təhlükə var. Trend xəbər verir ki, bu barədə Ramil Səfərovun hüquqlarının Müdafiə Komitəsinin koordinatoru, Milli QHT Forumunun prezidenti, millət vəkili Azay Quliyev bildirib.

A.Quliyev onu da qeyd edib ki, R.Səfərovla bağlı mətbuatda gedən hər bir məlumat qarşı tərəfdən öyrənilir və sui-istifadə olunur: "Bilirsiniz ki, Ramil Səfərovla bağlı yerli mətbuatda qeyri-məqbul yazılar çap olunurdu. Ona görə də qərar qəbul etdik, bu proses dayandırılsın".

A.Quliyev vurğulayıb ki, məqsəd mətbuatda R.Səfərov haqqında bu və ya digər şəkildə yazılar yazmaq yox, onun Apellyasiya Məhkəməsini qazanmasından ötrü bütün imkanları səfərbər etməkdir. Millət vəkili onu da bildirib ki, Apellyasiya Məhkəməsinin sentyabrda keçiriləcyi gözlənilir.

Millət vəkili iyunun 4-dən 9-dək Buxarestə səfər edəcəyini və vəziyyəti nəzərə alaraq oradan Macarıstana gedəcəyini də vurğulayıb: "Əsas ora gedib-gəlmək yox, müdafiəni düzgün qrumaqdır. Səfirliyimiz bu məsələ ilə bağlı çox işlər görür. Xüsusi bir heyətin Macarsıtana getməsinə ehtiyac yoxdur". A.Quliyev onu da Ramil Səfərovun həyatına təhlükə hər zaman var: "Bunu nəzərə alaraq Macarıstan tərəfinə bildirmişik ki, zabitimizin təhlükəsizliyini qorumaq üçün saxlandığı yer kifayət qədər ciddi şəkildə mühafizə olunmalıdır".

Xəbər lenti

Xəbər lenti