...

Rimas Kurtinaytis Azərbaycan yığması liderinin sağalacağına ümid edir

Cəmiyyət Materials 2 İyun 2006 13:50 (UTC +04:00)

Azərbaycanın basketbol yığmasının baş məşqçisi Rimas Kurtinaytis Tiranada keçirilən "İnkişaf Kuboku"nda zədə almış Zaur Paşayevin tezliklə sağalacağına ümid edir.

Trend in Milli Federasiyaya istinadən xəbər verdiyi kimi, litvalı mütəxəssis qeyd edib ki, əsas oyunçunun zədələnməsi yekun qrup mərhələsinin oyununa güclü təsir edib. "Həkimlərin Zaurun yarımfinal oyununda çıxış etməsinə icazə verəcəyinə ümid edirik. Axı o, komandamızın 40%-ni təşkil edir və bizə çox lazımdır", - deyə R.Kurtinaytis vurğulayıb.

Xatırladaq ki, Uels və San-Marino üzərində qələbə qazanan kollektiv qrup mərhələsinin yekunlarına görə ikinci yerdə qərarlaşıb və pley-off mərhələsinə vəsiqə qazanıb.

Xəbər lenti

Xəbər lenti