...

Azərbaycan Basketbol Federasiyası bu yaxınlarda təşkil olunacaq ehtiyat heyətinin hazırlığını davam etdirəcək

Cəmiyyət Materials 22 İyun 2006 17:22 (UTC +04:00)

Azərbaycan Basketbol Federasiyası (ABF) bu yaxınlarda təşkil olunacaq ehtiyat heyətinin hazırlıq və tərbiyəsini davam etdirmək niyyətindədir.

ABF-nin mətbuat katibi Ramin Kəsəmənskinin verdiyi xəbərə görə, təşkilat uşaq-gənclər liqasında əlavə divizion yaratmaq fikrindədir. Bu divizionda on üç-on dörd yaşlı oyunçular çıxış edə bilərlər. "Hazırda uşaq-gənclər liqasında bir sıra perspektivli basketbolçu oynayır və onlar yaxın gələcəkdə yığmada uğurla çıxış edə bilərlər. Boyu 203 santimetrə çatan on altı yaşlı Amil Əmirovu buna misal kimi qeyd etmək olar", - deyə R.Kəsəmənski vurğulayıb.

Xatırladaq ki, uşaq-gənclər liqası mütəxəssis və məşqçilərin ümidlərini doğruldaraq, artıq bir ildir ki fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti