...

Ukraynanın Xarkov vilayətində Azərbaycan icmalarının birgə konfransı keçirilib

Cəmiyyət Materials 27 İyun 2006 18:02 (UTC +04:00)

Xarkov şəhərində Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov regional təşkilatı, "Azərbaycan", "Azərbaycan diasporu", "Dostluq", "Yeni Azərbaycan", "Hicran", "Aynur Xatun" və "Nur" icmalarının birgə iclası keçirilib. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Ümumilikdə 1150 nəfərin iştirakı ilə keçən toplantıda Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Xarkov regional təşkilatının hesabat-seçki konfransında iştirak etmək üçün 115 nümayəndə seçilib. UAK-ın rəhbərliyi və Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşlarının iştirak etdiyi tədbirdə Xarkovda ayrı-ayrılıqda fəaliyyət göstərən Azərbaycan icmalarının vahid mərkəzdə birləşməsi təşəbbüsü razılıqla qarşılanıb. UAK-ın Xarkov regional təşkilatının rəhbərliyinə alternativ əsaslarda keçirilən seçkilərdə toplantı iştirakçılarının əksəriyyətinin səsi ilə Fəxrəddin İsmayılov sədr vəzifəsinə seçilib. Toplantıda UAK-ın Xarkov regional təşkilatının 15 nəfərdən ibarət İdarə Heyəti və 5 nəfərdən ibarət Ağsaqqallar Şurasının tərkibi də təsdiq olunub.

Xəbər lenti

Xəbər lenti