...

Azərbaycanlı taekvandoçular Avropa Kubokuna yola düşüb

Cəmiyyət Materials 28 İyun 2006 17:44 (UTC +04:00)

Azərbaycanın taekvando yığması yaxın uik-enddə komandalararası Avropa Kubokunun keçiriləcəyi Malmoya yola düşüb.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, komandanın tərkibinə ikiqat Avropa çempionu Niyaməddin Paşayev (72 kq), qitə birinciliyinin dəfələrlə mükafatçısı Rəşad Əhmədov (82 kq), Zahid Məmmədov (54 kq), Fəqan Umudov (+82 kq) və Babək İsgəndərov (63 kq) daxildir. Vüqar Kərimov (54 kq), Elnur Amanov (63 kq), Fuad Nuriyev (72 kq), Təvəkkül Bayramov (82 kq) və Ruslan İbrahimov (+82 kq) isə yarışa ehtiyatda olan idmançı kimi gedib. Buna görə də liderlərdən biri zədələndikdə və ya o qədər də uğurlu çıxış etmədikdə kollektivin məşqçisi Ələkbər İmaməliyevin komandanın tərkibini təzələmək kimi gözəl imkanı olacaq.

Qeyd etmək lazımdır ki, yarışda 4 qrupa ayrılmış 16 yığma çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti