...

Azərbaycanın sambo yığması dünya Kubokunda 5 idmançı ilə təmsil olunacaq

Cəmiyyət Materials 4 İyul 2006 15:58 (UTC +04:00)

Azərbaycanın sambo yığması iyunun 4-də Astanada başlayacaq dünya Kubokunda 5 idmançı ilə təmsil olunacaq.

Komandanın baş məşqçisi Mübariz İbrahimovun Trend ə verdiyi məlumata görə, kollektivin tərkibinə beynəlxalq arenada çıxış təcrübəsinə malik İslam Qasımov (52 kq), Elçin Mayılov (57 kq), Mobil Hüseynov (68 kq), Nadir Məmmədov (82 kq) və Zaur Bağırov (90 kq) daxildir. M.İbrahimovun fikrincə, onun yetirmələri bütün çəki kateqoriyalarında mükafat uğrunda mübarizə aparmaq əzmindədir. "Komandanın uğurlu çıxışına və vətənə boş qayıtmayacağına ümid edirik. Hər halda uşaqların potensialı yaxşı nəticəyə ümid etməyə imkan verir", - deyə məşqçi vurğulayıb.

O hesab edir ki, yarışın favoritləri xalça sahibləri, o cümlədən Rusiya, Gürcüstan və digər ölkələrdən atletlər olacaq.

Xəbər lenti

Xəbər lenti