...

Xayfa şəhər meri "Xayfa-Bakı" Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndirib

Cəmiyyət Materials 12 İyul 2006 17:08 (UTC +04:00)

İsraildə fəaliyyət göstərən "Xayfa-Bakı" Cəmiyyətinin sədri Miron Fel bu günlərdə İsrailin Xayfa şəhərinin meri Yona Yaavla görüşüb. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Görüşdə Xayfa şəhərinin meri Dünya Azərbaycanlılarının həmrəyliyi sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Tərəqqi" medalı təltif edilmiş Miron Feli bu münasibətlə təbrik edib. O, Azərbaycan Prezidenti tərəfindən belə yüksək mükafata layiq görülməyin çox əlamətdar bir hadisə olduğunu söyləyib. Y.Yaav Azərbaycanla İsrail arasındakı münasibətlərin inkişafında "Xayfa-Bakı" cəmiyyətinin mühüm rol oynadığını bildirərək, təşkilatın fəaliyyətinin səmərəli olduğunu qeyd edib.

Qeyd edək ki, "Xayfa-Bakı" cəmiyyəti 1991-ci ildən fəaliyyət göstərir. Təşkilat Azərbaycandan çıxmış yəhudiləri öz ətrafında birləşdirir. Qurumun əsas məqsədi Bakıdan Xayfaya köçmüş insanları bir araya gətirmək və Azərbaycan Respublikası ilə əlaqələri daha da inkişaf etdirməkdən ibarətdir. Hazırda cəmiyyətin tərkibində 800-ə yaxın Azərbaycandan köçmüş ailə təmsil olunur. Cəmiyyət fəaliyyətini daha da genişləndirmək niyyətindədir. Miron Fel isə Cəmiyyətin təsisçilərindən olub və bu günə qədər də ona rəhbərlik edir. Dünya Azərbaycanlılarının II Qurultayı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

Xəbər lenti

Xəbər lenti