...

Səhiyyə Nazirliyi toyda zəhərlənmiş 54 nəfərin tam sağaldığını elan edib

Cəmiyyət Materials 12 İyul 2006 18:49 (UTC +04:00)

İyulun 11-də Lerik rayonu Peştətük kəndində keçirilən toy mərasimində yüngül zəhərlənmə olub.

Trend Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, zərərçəkənlərə dərhal tibbi yardım göstərilib. 54 nəfər Lerik və Lənkəran mərkəzi xəstəxanalarına yerləşdirilib.

"Hazırda xəstələr normal vəziyyətdə evə buraxılıb" - deyə məlumatda deyilir.

İlkin araşdırma nəticəsində zəhərlənməyə toyda verilmiş qidanın səbəb olduğu aşkarlanıb. Dəqiq nəticələr əldə etmək üçün qida qalıqları və bioloji analizlər laborator tədqiqata göndərilib.

Xəbər lenti

Xəbər lenti