...

Ekologiya Nazirliyi "quş qripi" ilə mübarizə çərçivəsində laboratoriyanın yaradılması haqqında elan olunmuş tenderi bağlayıb

Cəmiyyət Materials 12 İyul 2006 20:48 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilin sonuna qədər heyvanlar arasında yayılmış xəstəliklərin, xüsusilə, "quş qripi"nin tədqiqi üzrə laboratoriya yaradacaq. Nazirlikdən Trend ə verilən məlumata əsasən, avadanlığın alqısı üzrə tenderin qalibi Türkiyənin Altunok Medical şirkəti elan edilib.

"Biz şirkətlə avadanlığın sentyabr ayınadək çatdırılması haqqında razılıq əldə etməyi planlaşdırırıq" - deyə nazirlikdən bildirib.

Laboratoriyanın dəyəri 200 min AZN təşkil edir ki, bu vəsait Azərbaycanda "Quş qripi"nin qarşısının Alınması və Bu Sahədə İşləyən Bütün Qurumların Fəaliyyətinin Əlaqələndirilməsi üzrə Dövlət Komissiyası tərfindən nazirliyə ayrılıb. Belə bir laboratoriya nazirlik tərəfindən ilk dəfədir ki, açılır.

Xəbər lenti

Xəbər lenti