...

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən imtahanların günləri təyin edilib

Cəmiyyət Materials 13 İyul 2006 19:36 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin nəzərinə çatdırır ki, 2006-2007-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanları Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Trend TQDK-nın məlumatına istinadən xəbər verir ki, I ixtisas qrupu üzrə imtahanlar 29 iyul, III ixtisas qrupu üzrə 3 avqust, II və I ixtisas qrupları üzrə 8 avqust, II ixtisas qrupu üzrə isə 12 avqust tarixlərində keçiriləcək.

Abituriyentlər "İmtahana buraxılış vəsiqəsi" və "Abituriyentin vəsiqəsin"in sənədlərini bilavasitə təqdim etdikləri Sənəd Qəbulu Komissiyalarından səhər saat 9-dan axşam 18.00-dək ala bilərlər.

O da bildirilib ki, hərbi ali məktəb və litseylərə daxil olamqn istəyən gənclər qəbul imtahanını iyulun 29-da verəcəklər. TQDK-nın məlumatında qeyd olunub ki, 2006-2007-ci tədris ili üçün dövlət və özəl ali məktəblərinə qəbul olmaq üçün verilən ərizələrin sayı 105537-dir. Bu rəqəm Azərbaycan bölməsi üzrə 95507, rus bölməsi üzrə isə 10030-dur.

Abituriyenlər qəbul ilə bağlı məlumatları 141 nömrəli çox kanalı telefon vasitəsilə, Mobil telefonları internetə qoşulmuş şəxslər isə www.tqdk.gov.az internet səhifəsindən öyrənə bilərlər.

Xəbər lenti

Xəbər lenti