...

Ermənistan ərazisindən azərbaycanlıların zorla deportasiya olunmasının 58-ci ildönümü ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 25 İyul 2006 18:20 (UTC +04:00)

Ermənistan ərazisindən azərbaycanlıların zorla deportasiya olunmasının 58-ci ildönümü ilə bağlı dekabrın 22-də beynəlxalq konfrans keçiriləcək. Bu barədə Trend ə "İrəvan" Azadlıq Təşkilatının sədri Təbriz Musayev bildirib.

T.Musayev qeyd edib ki, azərbaycanlıların Ermənistan ərazisindən son deportasiya prosesi 1988-ci il dekabrın 22-ə təsadüf edib: "Biz bu tarixi beynəlxalq konfrans keçirməklə qeyd etməyi planlaşdırmışıq. Konfransda bu məsələ ilə yanaşı Qərbi Ermənistan ərazisində azərbaycanlıların məskunlaşdığı dədə-baba yurdlarına muxtariyyətin verilməsi məsələsi də müzakirə ediləcək".

Təşkilatın sədri bildirib ki, beynəlxalq konfransın Türkiyədə keçirilməsi nəzərdə tutulub: "İmkanımız olsa bunu Ankarada, olmasa Bakıda keçirəcəyik. Konfransa digər dövlətlərdən də qonaqlar dəvət olunacaq".

T.Musayev onu da əlavə edib ki, avqustun 22-i gününü rəsmiləşdirmək məqsədilə dövlət başçısına və Milli Məclis rəhbərlşiyinə müraciət edilib: "İstəyirik ki, hər ilin bu günü azərbaycanlıların Ermənistan ərazisindən son etinik təmizləmə tarixi kimi qeyd olunsun".

Xəbər lenti

Xəbər lenti