...

Magistraturaya daxil olmayan bakalavrlar Sənəd qəbulu üzrə Komissiyalardan ballar haqqında arayış ala bilərlər

Cəmiyyət Materials 27 İyul 2006 17:30 (UTC +04:00)

2006-2007-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarında lazımi miqdarda bal yığa bilməyən bakalavrlar Sənəd qəbulu üzrə Komissiyalardan yığdıqları ballar haqqında arayış ala bilərlər. Bu barədə Trend ə Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildiriblər.

Arayışlar iyulun 28-dən verilməyə başlayacaq. Apelyasiya şikayətlərinə isə sentyabrın 1-dən 5-ə qədər baxılacaq.

Dövlət komissiyasında həmçinin qeyd ediblər ki, apelyasiya komissiyası bakalavrların digər ali təhsil müəssisələrinə, ali təhsil müəssisələrinin digər fakültələrinə köçürülməsi haqqında müraciətlərinə baxmayacaq.

Xəbər lenti

Xəbər lenti