...

Ukrayna yığmasının qolkiperi Andrey Şovkovski Azərbaycana qarşı oyunda iştirak etməyəcək

Cəmiyyət Materials 4 Avqust 2006 14:36 (UTC +04:00)

Ukrayna yığmasının əsas qolkiperi Andrey Şovkovski avqustun 15-də Kiyevdə keçiriləcək Azərbaycana qarşı dostluq oyununda iştirak etməyəcək.

Trend in Ukrayna KİV-lərinə istinadən verdiyi xəbərə görə, komandanın liderlərindən biri onu görüşə dəvət etməmələrini xahiş edib və bununla əlaqədar Oleq Bloxinin başçılığı altında məşqçi qərargahı qapıçı problemini həll edir. Avqustun 16-da Bolqarıstan komandası ilə keçiriləcək oyunu nəzərə alaraq, gənclərdən ibarət yığmanın qapıçıları məşqçilər tərəfindən qəsdən dəvət olunmayacaq. Ona görə də namizədi müəyyən etmək asan olmayacaq. Boqdan Şust zədə alıb, Maksim Startsev isə hələ dəvət olunmayıb. Beləliklə də, Almaniyadakı Dünya çempionatı iştirakçılarının tərkibində hələ ki bir qolkiper var, o da Vyaçeslav Kernozenkodur.

Ehtimal olunur ki, O.Bloxin Avro-2008 seçim turnirindən əvvəl keçiriləcək sonuncu sınaq oyununun heyətini artıq bu yaxınlarda elan edəcək.

Xəbər lenti

Xəbər lenti