...

Bütün dünya üzrə Xolokosta muzeylərində Xocalı soyqırımına həsr olunmuş stendlər quraşdırılacaq

Cəmiyyət Materials 7 Avqust 2006 11:30 (UTC +04:00)

Bütün dünya üzrə Xolokosta muzeylərində Xocalı soyqırımına və ermənilərin digər vəhşiliklərinə həsr olunmuş stendlər quraşdırılacaq. Bu barədə Trend ə Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitika şöbəsinin rəhbəri Cavanşir Vəliyev xəbər verib.

O həmçinin qeyd edib ki, bu istiqamətdə artıq müəyyən işlər görülüb, Azərbaycan və yəhudi diasporalarının birgə fəaliyyətinin son layihə-planının hazırlanmasından sonra həmin stendlər quraşdırılmağa başlayacaq. Bu, nəinki azərbaycanlı, həm də yəhudi diaspor təşkilatlarının maraq dairəsindədir.

"Biz Azərbaycanda və digər ölkələrdə ötən əsrin əvvəllərində ermənilərin törətdiyi yəhudi soyqırımı faktlarını həm yəhudi diasporunun, həm də dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyirik. Bu, Azərbaycan MEA-nın İnsan haqları institutu (İHİ) tərəfindən buraxılmış nadir kitaba əsasən ediləcək. Bu kitabda ermənilərin törətdiyi yəhudi soyqırımının qurbanlarının siyahısı da var. Və İHİ ilə birgə biz bu tədqiqatın bütün dünyada yayılmasına yardım edəcəyik", - deyə C.Vəliyev bildirib.

Xəbər lenti

Xəbər lenti