...

Təhsilin Testləşdirilməsi Xidmətinin nümayəndəsi Bakıya gəlir

Cəmiyyət Materials 7 Avqust 2006 11:52 (UTC +04:00)

TƏHSİL - açıq

Avqustun 7-də Təhsilin Testləşdirilməsi Xidmətinin (TTX) (Educational Testing Service) nümayəndəsi Albert Braun (Albert Braun) Bakıya gəlir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend ə verilən xəbərə görə, səfər ABŞ-ın Beynəlxalq Əməkdaşlıq üzrə Agentliyi ilə (USAİD) əməkdaşlıq layihəsi çərçivəsində baş tutacaq.

Bu, TTX nümayəndələrinin 2006-cı ilin iyun ayında Azərbaycana etdikləri səfərin davamı olacaq. Ötən səfərin məqsədi ölkədə təhsilin qiymətləndirilməsi üzrə işlə tanışlıqdan ibarət idi. Albert Braun avqustun 10-a qədər Bakıda olacaq və imtahanlara hazırlığın gedişi ilə tanış olacaq.

Səfər zamanı Albert Braun Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının işi ilə də tanış olacaq və Komissiyanın işini qiymətləndirəcək.

Xəbər lenti

Xəbər lenti