...

Ağciyər xəstəlikləri ETİ-də bakterioloji müayinələr üzrə müasir laboratoriya yaradılacaq

Cəmiyyət Materials 8 Avqust 2006 13:28 (UTC +04:00)

Elmi-tədqiqat universitetində bakterioloji müayinələr üzrə müasir laboratoriya yaradılacaq. Bu barədə Trend ə Azərbaycanın Səhiyyə Nazirliyindən xəbər veriblər. Bu məqsədlə artıq müvafiq tender elan olunub.

Tender bir lot- laboratoriyanın tikintisi üçün elan edilib. Tenderdə iştirak etmək istəyən şəxslər 300 AZN həcmində məbləğ ödəməlidirlər. Tender təklifləri sentyabrın 15-ə qədər qəbul olunacaq.

Tender paketlərinin açılış proseduru sentyabrın 18-də nazirlikdə keçiriləcək.

Laboratoriyanın tikintisi üzrə işlər 2007-ci ilin dekabr ayına qədər yerinə yetiriləcək.

Nazirlikdə qeyd ediblər ki, yeni laboratoriya müasir avadanlıqlarla təchiz olunacaq və yüksək standartlara uyğun olacaq.

Xəbər lenti

Xəbər lenti