...

Hacı Məmmədov baş prokurorluğun müstəntiginin oğurlanması epizodı üzrə ifadə verib

Cəmiyyət Materials 9 Avqust 2006 14:57 (UTC +04:00)

Avqustun 9-da H. Məmmədov Baş Prokurorluğun müstəntiqi Murad Kazımovun oğurlanması epizodu üzrə məhkəmədə ifadə verib. Trend xəbər verir ki, DİN Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyət müvəkkili H. Məmmədov və onun bandasının cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilib.

H. Məmmədov M.Kazımovun oğurlanmasının sifarişçisinin kimliyi barədə məhkəməyə məlumat verməyib. " M.Kazımovun atasının geniş imkanları barədə məlumatımız var idi. Planı özüm hazırlamışam. İcraçılar isə dəstə üzvləri Musa Dabuyev, Əsgər İsgəndərov və Yagir Məmmədov olub. M.Kazımovu yaşadığı evin qabağında zorla maşina oturdaraq mənim yanıma gətiriblər. Oğurladığımız şəxsə yuxu dərmanı verib yatırdıq. Sonra isə əvvəlcədən düzəltliyimiz yeşiyə qoyub dəstə üzvlərindən birinin evinə apardıq. Bir neçə gün girovluqda saxladıqdan sonra atası İsmayıl Kazımovdan 750 min dollar alıb azad etdik ",- deyə H. Məmmədov bildirib.

H.Məmmədov onu da bildirib ki, bu adam oğurluğundan əldə etdiyi pulun 150 min dollarını DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi, hazırda müttəhimlər kürsüsündə əyləşən Zakir Nəsirova verib.

Xəbər lenti

Xəbər lenti