...

Azərbaycan yığması avqustun 11-də Ukraynaya qarşı oyuna hazırlaşmağa başlayacaq

Cəmiyyət Materials 9 Avqust 2006 16:38 (UTC +04:00)

Azərbaycanın futbol üzrə yığması avqustun 11-də Ukraynaya qarşı yoldaşlıq oyununa hazırlaşmağa başlayacaq.

Komandanın baş məşqçisi Şahin Diniyevin Trend ə verdiyi xəbərə görə, namizədlərin əksəriyyəti avqustun 10-11-də keçiriləcək milli çempionatın ikinci turunun oyunundan dərhal sonra məşqlərə gələcək. Bir qədər sonra yalnız "Neftçi" və "Xəzər"in oyunçuları gələcək. Bu klublar Lənkəranda oyun keçirəcəklər. Mütəxəssis ümid etdiyini bildirib ki, çağırılmış futbolçular keçiriləcək turda zədə almayacaq və yığmaya hazır vəziyyətdə gələcəklər.

Məşqçi qeyd edib ki , növbəti iki gün ərzində komanda "Şəfa" stadionunda məşqlər edəcək, sonra isə Avropa-2008 çempionatının seçim turnirinin başlanmasından əvvəl sonuncu sınaq qarşılaşmasında iştirak etmək üçün Kiyevə gedəcək.

Xəbər lenti

Xəbər lenti