...

"Gəncə" futbol klubunun ölkə çempionatında çıxış edib-etməyəcəyi sual altında qalmaqdadır

Cəmiyyət Materials 22 Avqust 2006 16:56 (UTC +04:00)

"Gəncə" futbol klubunun ölkə çempionatında çıxış edib-etməyəcəyi əvvəlki kimi sual altındadır.

AFFA-nın Baş katibi Fuad Əsədov Trend ə xəbər verir ki, üç turun keçməsinə baxmayaraq, komanda özü haqqında məlumat verməyib. Halbuki onun rəhbərliyi bəyan edir ki, birincilikdə oynamağa hazırdır. "Bu və ya digər təqvim oyununun başqa vaxta keçirilməsi haqqında "Gəncə"dən heç bir rəsmi məktub almamışıq. Ona görə də kollektivin ümumiyyətlə yarışda iştirak edib -etməyəcəyi hələ məlum deyil", - deyə F.Əsədov qeyd edib.

Qeyd etmək lazımdır ki, əvvəlcə Assosiasiya ümumiyyətlə komandanın növbəti çempionatda çıxış etməsinə imkan verməyib, çünki gəncəlilər lazımi ərizəni vaxtında təqdim etməmişdilər.

Xəbər lenti

Xəbər lenti