...

Azərbaycanlı cüdoçular Dünya Kubokunda optimal heyətdə çıxış etməyəcək

Cəmiyyət Materials 24 Avqust 2006 11:23 (UTC +04:00)

Azərbaycanın cüdo komandası avqustun 26-27-də H.Əliyev adına İdman-Konsert kompleksində keçiriləcək Dünya Kubokunda optimal heyətdə çıxış etməyəcək. Yığmanın baş məşqçisi Ağayar Axundzadənin Trend ə verdiyi məlumata görə, yarışda titullu atletlərdən yalnız ikiqat Olimpiya iştirakçısı Mehman Əzizov (81 kq) çıxış edəcək. Üçqat Avropa çempionu Elçin İsmayılov (66 kq) bu mövsüm dincəlməyi və gələn ilin lisenziya yarışlarına hazırlaşmağı qərara alıb. 2003-cü ildə keçirilmiş dünya çempionatının bürünc mükafatçısı Mövlud Mirəliyev isə (100 kq) kürəyindən aldığı zədə ilə əlaqədar reabilitasiya kursu keçir. Turnirdə, həmçinin, yeni Avropa çempionu Elnur Məmmədli (66 kq) və qitə birinciliyinin qalibi Nicat Şıxəlizadə (60 kq) də iştirak etməyəcək. Buna görə də A.Axundzadə yaxın rezervi gözdən keçirəcək.

Xəbər lenti

Xəbər lenti