...

Azərbaycanın qadın voleybolçuları İtaliyaya təslim oldular

Cəmiyyət Materials 25 Avqust 2006 15:21 (UTC +04:00)

Azərbaycanın qadınlardan ibarət yığması Taypeydə start götürmüş Qran-Prinin seçim turnirinin ikinci mərhələsindəki çıxışa uğursuz başlayıb.

Trend xəbər verir ki, elə ilk oyunda Faiq Qarayevin yetirmələri dünya çempiona olun italyanlara 2:3 hesabı ilə məğlub olub. İlk iki partiya rəqiblərin üstünlüyü ilə keçib. Onlar 25:18 və 25:20 hesabı ilə qalib gəlib. Lakin üçüncü dövrədə yerli voleybolçular bir qədər inamla oynayaraq, birinci hissədə 25:22 hesabı ilə qalib gəlib. Dördüncü partiyada isə komanda ikinci hissədə Natalya Məmmədovanın uğurlu hücumları sayəsində ümumi hesabı bərabərləşdirə bilib.

Beşinci, son dövrə beş xal üstünlüyü olan Azərbaycan komandasının diktəsi altında başlayıb. Lakin yığma bundan artıq heç nə edə bilməyib və yorulmuş oyunçular təşəbbüsü əllərindən verərək, rəqibə 15:11 hesabı ilə qalib gəlməyə imkan verib.

Xəbər lenti

Xəbər lenti