...

Xəzəryanı ölkələr dəniz üzrə kruizin layihəsini hazırlayır

Cəmiyyət Materials 26 Avqust 2006 12:49 (UTC +04:00)

Xəzər dənizi üzrə kruizin layihəsi Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı ölkələrin turizm nazirlikləri ekspertlərinin görüşündə müzakirə olunur. Bu barədə Trend ə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Belə kruizin təşkil olunması təşəbbüsü ilə Türkmənistan çıxış edib. Kruizin 5 Xəzəryanı ölkəni- Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiyanı əhatə edəcəyi planlaşdırılır. Aktau görüşündə ekspertlər layihənin detallarını müzakirə edəcək.

Kruizin birinci reysinin informativ xarakter daşıyacağı nəzərdə tutulur. Bu info-tura turizm şirkətləri, o cümlədən KİV nümayəndələri dəvət olunacaq. Türkmənistan artıq kruiz üçün gəmi ayırıb. Gələcəkdə hər bir ölkə kurizlər üçün öz gəmisini təqdim edə bilər. Bu və digər texniki məsələlər Azərbaycanın Turizm və Mədəniyyət Nazirliyinin Baş Turizm İdarəsi ekspertlərinin də iştirak etdiyi ekspertlərin görüşündə həll olunacaq.

Xəbər lenti

Xəbər lenti