...

Koreya məktəblərin kompüterləşdirilməsində Azərbaycana yardım edəcək

Cəmiyyət Materials 31 Avqust 2006 11:16 (UTC +04:00)

Koreya ümumtəhsil məktəblərinin kompüterləşdirilməsində Azərbaycana yardım edəcək. Bununla bağlı Azərbaycanın təhsil naziri Misir Mərdanovun Koreyanın İnformasiya və Kommunikasiya Nazirliyinin nümayəndələri ilə görüşündə müzakirələr aparılıb. Bu barədə Trend ə Təhsil Nazirliyindən məlumat verilib.

M.Mərdanov Azərbaycanda məktəblərin kompüterləşdirilməsi üzrə Dövlət Proqramının həyata keçirilməsinin gedişi və bu sahədə mövcud problemlər barədə qonaqlara məlumat verib.

Koreyanın İnformasiya və Kommunikasiya Nazirliyinin nümayəndələri Azərbaycana kömək etməyə hazır olduqlarını bildirib. Onlar müəllimlər üçün treninqlərin keçirilməsi, proqram təminatı şəbəkəsinin yaradılması, müəllimlər üçün işgüzar səfərlərin təşkili kimi bir sıra təkliflər irəli sürüb.

Xəbər lenti

Xəbər lenti