...

Hacı Məmmədovun məhkəməsi sentyabrın 4-dək taxirə salınıb

Cəmiyyət Materials 31 Avqust 2006 15:18 (UTC +04:00)

Hacı Məmmədovun məhkəməsi sentyabrın 4-dək taxirə salınıb. Trend in xəbərinə görə, H.Məmmədov və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

H.Məmmədov məhkəmədə bildirib ki, səhhətində problemlər yaranıb, bu səbəbdən də məhkəmənin işində iştirak edə bilmir. Bunu nəzərə alan hakim məhkəmə iclasının sentyabrın 4-dək taxirə salındığını elan edib.

Xəbər lenti

Xəbər lenti