...

Vəkil Adil İsmayılov: Zakir Nəsirov məhkəmə ifadəsində çox məsələlərə aydınlıq gətirəcək

Cəmiyyət Materials 1 Sentyabr 2006 15:17 (UTC +04:00)

DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi, hazırda Hacı Məmmədovun banda üzvü kimi məhkəmə qarşısında dayanan Zakir Nəsirov öz məhkəmə ifadəsində çox məsələlərə aydınlıq gətirəcək. Trend in xəbərinə görə, bu barədə Z.Nəsirovun sentyabrın 1-də mətbuat konfransı keçirən vəkili Adil İsmayılov məlumat verib.

A.İsmayılov bildirib ki, H.Məmmədov həbs ediləndən 2005-ci ilin iyul ayına qədər ibtidai istintaqa verdiyi ifadələrində Zakir Nəsirovun adını çəkməyib. Lakin iyulun 2-də verdiyi növbəti istintaqda Z.Nəsirovun da Azərbaycanın Baş Prokurorluğunun kriminalistika şöbəsinin rəisi Rövşən Əliyevin qətlini, Zamirə Hacıyevanın oğurlanmasını sifariş etdiyini və digər adam oğurluqlarında iştirak etdiyini bildirib.

"Mən 1990-cı illərin əvvəlinə qədər Respublika Baş Prokurorluğunun İstintaq İdarəsində mühüm işlər üzrə müstəntiqi işlədiyim dövrdə Zakir Nəsirovla xidməti tanışlığım olub. Ancaq Rövşən Əliyevlə lap yaxın dost olmuşuq. 8 iyul 2005-ci ildə məni MTN-ə çağırıb Z.Nəsirovun vəkili olmağımı bildirdilər. Mən Zakir Nəsirovla görüşdüm və ona bildirdim ki, əgər sənin həqiqətən də Rövşənin qətlində əlin varsa, mən bu başdan sənin müdafiəndən imtina edirəm. O isə and içdi ki, nəinki R.Əliyevin qətlindən, hətta ona qarşı irəli sürülmüş digər ittihamlar üzrə cinayətlərdən də xəbəri olmayıb".

Vəkilin sözlərinə görə, o, Zakir Nəsirovun müdafiəsini onun həmin cinayətlərdə, o cümlədən Zamirə Hacıyevanın oğurlanmasında iştirak etmədiyini araşdırdıqdan və arxayın olduqdan sonra öz üzərinə götürüb. "Mən bu gün də tam arxaynılıqla deyirəm ki, Zakir Nəsirovun Hacı Məmmədovun törətdiyi heç bir cinayətdən xəbəri olmayıb. Bütün bunlara isə Zakir Nəsirov özü məhkəmədə ifadə verəndə daha ətraflı aydınlıq gətirəcək.

Xəbər lenti

Xəbər lenti