...

İsrail yazıçıları Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb

Cəmiyyət Materials 4 Sentyabr 2006 18:45 (UTC +04:00)

İsrail yazıçılarından ibarət nümayəndə heyəti Bakıda səfərdədir. Trend in məlumatına görə, sentyabrın 4-də nümayəndə heyəti Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüş keçirib. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Görüşdə Azərbaycan və yəhudi xalqları arasında əlaqələr, dünyada yaşayan Azərbaycan və yəhudi diasporlarının münasibətləri, onların təşkilatlarının əməkdaşlığı, birgə fəaliyyətin gələcək pesrpektivləri müzakirə edilib.

Qeyd edək ki, nümayəndə heyətinə görkəmli İsrail yazıçıları Aleksandr Epşteyn, Yefraim Bauç, Lev Baltzan, Meir Uziel, Naomi Frenkel, Mark Koteliarski, Daniel Kluqer, Sipora Rayney və Svetlana Şenbrun daxildir. Nümayəndə heyətinə İsrail parlamentinin deputatı Yozef Şaqal rəhbərlik edir. Səfərdə məqsəd hər iki ölkə arasında mədəni əlaqələri inkişaf etdirmək, İsrail yazıçılarını Azərbaycan oxucularına təqdim etməkdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti