...

Məleykə Abbaszadə: Abituriyentlərin hazırlıq səviyyəsinin monitorinqi Azərbaycan məktəblərində təhsil sisteminin aşağı səviyyədə olduğunu göstərir

Cəmiyyət Materials 5 Sentyabr 2006 14:32 (UTC +04:00)
Məleykə Abbaszadə: Abituriyentlərin hazırlıq səviyyəsinin monitorinqi Azərbaycan məktəblərində təhsil sisteminin aşağı səviyyədə olduğunu göstərir

Abituriyentlərin hazırlıq səviyyəsinin monitorinqi məktəblərdə təhsil sisteminin aşağı səviyyədə olduğunu göstərir. Trend in xəbər verdiyi kimi, bu barədə sentyabrın 5-də "Azərbaycanda təhsilin bugünkü və gələcək perspektivləri" mövzusunda keçirilən konfrans zamanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, buna sübut orta məktəbi əla qiymətlərlə bitirən abituriyentlərin qəbul imtahanları zamanı 300-dən artıq bal toplaya bilməməsi faktıdır. Abituriyentlərin bilik səviyyəsi, onun bildirdiyinə görə, xüsusi ilə texniki fənlər üzrə aşağıdır.

TQDK sədri ölkənin şimal və cənub bölgələrində qızların təhsil almaq problemini xüsusi olaraq qeyd edib. Onun sözlərinə görə, ölkənin ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər arasında daha az yeri qızlar tutur. M. Abbaszadə qeyd edib ki, Azərbaycanın ali təhsil müəssisələrində mövcud olan digər bir problem zəruri olmayan ixtisasların tədrisidir.

Təhsilin daha kəskin problemlərini konfrans iştirakçılarının nəzərinə çatdıran TQDK sədri onların həllinə yardım etməyə hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti