...

Azərbaycanlı cüdoçular Tallində keçiriləcək Avropa birinciliyində iştirak edəcəklər

Cəmiyyət Materials 8 Sentyabr 2006 12:49 (UTC +04:00)

Azərbaycanın cüdo yığması sentyabrın 8-də Gənclər arasında keçiriləcək Avropa birinciliyində iştirak edəcək.

Komandanın baş məşqçisi Ağayar Axundzadənin Trend ə verdiyi məlumata görə, kollektivin tərkibinə Teymur Bağırlı (60 kq), Seymur Rzazadə (73 kq), Timur Əlixanov (81 kq), Şahanə Alməmmədova (57 kq) və Sona Əhmədli daxildir. Məşqçi hesab edir ki, onun yetirmələrinin beynəlxalq təcrübəyə malik olmasını və təlim-məşq toplanışlarında məhsuldar çalışdığıını nəzərə alaraq, onların fəxri kürsüdə yer uğrunda mübarizə aparmaq üçün hər cür şansı var.

Estoniyada atletlərimizin əsas rəqiblərinin cüdo məktəbi ilə şöhrətlənən Fransa, Rusiya, Belarus və Hollandiyadan olan cüdoçuların olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti