...

"AzerReyl"in baş məşqçisi hələlik komandanın Liqa çempionatında iştirakı barədə düşünmür

Cəmiyyət Materials 13 Sentyabr 2006 21:01 (UTC +04:00)

"AzerReyl" qadın voleybol klubunun baş məşqçisi Faiq Qarayev hələlik komandanın yaxın Liqa çempionatında iştirakı barədə düşünmür.

Baş məşqçisinin Trend ə verdiyi məlumata görə, hazırda bütün diqqət yalnız yığmanın iştirakı ilə keçiriləcək yarışlara yönəlib.

"Hazırda milli komandanın oyunu əsasdır. Xüsusən ona görə ki, yaxın vaxtlarda komanda Varnada keçiriləcək Avropa Qran-Pri seçməsində oynamağa başlayacaq. Burada bizi meydan sahibləri, polyaklar və hollandlarla çox mürəkkəb qrup qarşılaşmaları gözləyir. Və əlbəttə ki, yüksək zirvə planet birinciliyi olacaq ki, burada biz Çin, Rusiya, Almaniya, Dominik Respublikası və Meksika voleybolçuları ilə bir altqrupa düşmüşük. Ona görə də indi ""AzerReyl" haqqında düşünmək üçün praktiki olaraq vaxt yoxdur", - deyə F. Qarayev etiraf edib.

Xəbər lenti

Xəbər lenti