...

Hacı Məmmədovun məhkəməsində Aslanbek Çintamirovun ifadələrindəki ziddiyyətlər araşdırılıb

Cəmiyyət Materials 14 Sentyabr 2006 14:35 (UTC +04:00)

Sentyabrın 14-də Hacı Məmmədovun məhkəməsində təqsirləndirilən Aslanbek Çintamirovun ifadələrindəki ziddiyyətlər araşdırılıb. Trend in xəbərinə görə, H.Məmmədov və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Prokurorlar təqsirləndirilən şəxsə Zamirə Hacıyevanın, Əhməd Məmmədovun, Zeynalabdin Babayevin, Oqtay Babayevin, Murad Kazımovun, Elşən Həsənovun, İlham Qədimzadənin oğurlanması, Afaq Məlikovanın mənzilinin qarət olunması, Nazim Paşayevin, Natiq Abbasovun, Rövşən Əliyevin, Fətulla Hüseynovun qətlləri ilə bağlı Aslanbek Çintamirovun ibtidai istintaqa və məhkəməyə verdiyi ifadələri arasındakı ziddiyyəti araşdarıblar.

Xəbər lenti

Xəbər lenti