...

Azərbaycanlı yunan-roma güləşçiləri Voronejdə 5 medal qazanıb

Cəmiyyət Materials 21 Sentyabr 2006 11:49 (UTC +04:00)

Azərbaycanın yunan-roma güləş komandası Voronejdə yeniyetmələr və gənclər arasında keçirilən beynəlxalq turnirdə 2 qızıl, bir gümüş və iki bürünc medal qazanıb.

Trend in xəbər verdiyi kimi, fəxri kürsünün ən yüksək pilləsinə gənclər arasında Orxan Əhmədov (50 kq) və Fuad Muradov (55 kq) qalxıb. Yeniyetmələr arasında isə finalda məğlub olan Fərhad Aydınlı (46 kq) uğurla çıxış edib. Mükafatçılar üçlüyünü Tariel Məmmədov (42 kq) və Fərid Ağaverdiyev (58 kq) qapayıb. Nəticədə "Lokomotiv" idman cəmiyyənin güləşçilərindən təşkil olunmuş Azərbaycan komandası 3-cü yeri tutub.

Qeyd etmək lazımdır ki, yarışda Rusiya, Qazaxıstan, Belarus və Ukrayna atletləri də iştirak edib.

Xəbər lenti

Xəbər lenti