...

Azərbaycan ombudsmanı Afinaya yola düşüb

Cəmiyyət Materials 26 Sentyabr 2006 16:31 (UTC +04:00)

Azərbaycanın insan haqları üzrə müvəkkili Elmira Süleymanova Avropa ombudsmanlarının sentyabrın 27-28-də keçiriləcək IV konfransında iştirak etmək üçün sentyabrın 26-da Afinaya yola düşüb. Bu barədə Trend ə ombudsman aparatından məlumat verilib.

Konfrans Yunanıstanın insan haqları üzrə milli komissiyasının prezidenti və AŞ-nin insan haqları üzrə komissarının təşəbbüsü ilə keçiriləcək.

Konfransda Avropa ölkələrinin insan haqları üzrə milli institutlarının, QHT və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı gözlənilir. Konfransın keçirilməsinə dair qərar bu ilin aprelində Cenevrədə qəbul olunub.

Konfransın keçirilməsində məqsəd Avropada insan haqlarının təşviqində insan haqları üzrə milli institutların rolunu müəyyən etməkdən ibarətdir.

İştirakçılar insan haqlarının daha effektiv qorunmasına dair fikir mübadiləsi aparacaq.

Xəbər lenti

Xəbər lenti