...

FİLA bürosu 2007-ci il Dünya çempionatının Azərbaycanın başqa yerində keçirilməsi haqqında qərarı ləğv etdi

Cəmiyyət Materials 27 Sentyabr 2006 14:13 (UTC +04:00)

Beynəlxalq Güləş federasiyası (FİLA) bürosunun xüsusi toplantısı FİLA-nın təqvim konqresinin 2007-ci il Dünya çempionatının Bakıdan ölkənin digər hər hansı şəhərinə keçirilməsi haqqında dörd gün bundan əvvəl verdiyi qərarı ləğv edib.

Trend xəbər verir ki, Azərbaycan tərəfi çempionat iştirakçılarının vizalarla əlaqədar heç bir problemlə üzləşməyəcəyinə dair zəmanət verdikdən sonra FİLA bu addımı atıb.

Xatırladaq ki, hazırda Quançjouda Dünya çempionatı keçirilir və burada artıq yığmamız bir gümüş və bir bürünc medal qazanıb.

Xəbər lenti

Xəbər lenti