"Biz futbolçuların qarşılarında qoyulan vəzifələrin ciddiliyini tam anlamaları üçün onların psixologiyalarını dəyişmələri üzərində işləyirik". Bunu Trend ə ölkə çempionu olan "Xəzər"in baş məşqçisi Ağasəlim Mircavadov bildirib.
Mütəxəssis etiraf edib ki, yetirmələrinin nümayiş etdirdiyi oyunların keyfiyyəti hələ ki, idealdan uzaqdır. "Futbolçular daha güclü oynaya bilərlər, sadəcə onlar hələlik yalnız öz potensiallarını göstərə biliblər. Ümumilikdə isə çox yaxşı komanda seçilib və o, ən ali yerlər uğrunda mübarizə aparmaq iqtidarındadır. Amma heyəti tamamlamaq üçün bizə daha da güclənmək maneçilik etməzdi", - deyə A. Mircavadov vurğulayıb.
Qeyd etmək lazımdır ki, "Xəzər" yalnız ölkə çempionatında deyil, ölkə Kuboku uğrunda yarışlarda da qalib gəlməyi qarşısına məqsəd qoyub.