...

Azərbaycanda növbəti Həcc mövsümü ilə bağlı sənədlərin qəbulu başa çatıb

Cəmiyyət Materials 2 Oktyabr 2006 16:00 (UTC +04:00)

Azərbaycanda növbəti Həcc mövsümü ilə bağlı sənədlərin qəbulu başa çatıb. Bu barədə Trend ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) xəbər verilib.

Bu il Həcc ziyarəti etmək istəyənlər tərəfindən QMİ-yə 4500 ədəd ərizə daxil olub. Elə həmin sayda Səudiyyə Ərəbistanı Krallığının Həcc işləri üzrə Nazirliyi Azərbaycana yer ayırıb.

Bu il zəvvarların böyük əksəriyyəti Həccə avtobuslarla yola düşəcək. Bu, onlara $1350 (keçən mövsümdə - $1320) başa gələcək. "Boinq 737" təyyarəsində Həccə yola düşmək istəyənlər isə $ 2200 ($2100) ödəyəcəklər.

Xəbər lenti

Xəbər lenti