...

Azərbaycanda təhsil portalı yaradılacaq

Cəmiyyət Materials 4 Oktyabr 2006 16:34 (UTC +04:00)

Azərbaycanda təhsil portalı yaradılacaq. Azərbaycanın Təhsil Nazirliyindən Trend ə verilən xəbərə görə, portal Amerikanın "Project Harmony" təşkilatı ilə birgə həyata keçirilən "Koordinasiya və mübadilə" proqramı çərçivəsində yaradılacaq.

Proqram 18 şəhər və rayonları, 71 məktəbi əhatə edir. Həmin məktəblərdə artıq internet-kompüter mərkəzləri yaradılıb və onların hər birinə təxminən 15 min ABŞ dolları dəyərində avadanlıq verilib.

Xəbər lenti

Xəbər lenti