...

Səyavuş Kərimi: "Hacıbaba Bağırov böyük məktəb qoyub"

Cəmiyyət Materials 5 Oktyabr 2006 15:37 (UTC +04:00)

Hacıbaba Bağırov kimi yüksək səviyyəli sənətkarların məktəbini keçmək mütləqdir . Trend xəbər verir ki, bu barədə Milli Musiqi Akademiyasının prezidenti Səyavuş Kərimi oktyabrın 5-də Dövlət Musiqili Komediya Teatrının binasında təşkil olunan xalq artisti Hacıbaba Bağırovla vida mərasimində jurnalistlərə bildirib.

S.Kərimi vurğulayıb ki, elə bir adam tanımaq çətindir ki, H.Bağırovu qəlbində yaşatmasın: "Onun adı gələndə hamının üzündə təbəssüm oyanır. Hacıbaba müəllim qüdrətli sənətkarlar sırasına daxildir. O, böyük məktəb qoyub". S.Kərimi Azərbaycanın istedadlar yetişdirən ölkə olduğunu bildirib. Qeyd edib ki, nə vaxtsa gözəl, peşəkar aktyorlar da meydana gələcək: "Amma onların ən yüksək zirvəyə çatması üçün, sözsüz ki, Hacıbaba Bağırov kimi sənətkarların məktəbini keçmək mütləqdir".

S.Kərimi vurğulayıb ki, H.Bağırov kimi sənətkarın itkisi hər birimiz üçün ağırdır. Çünki o, gələcək aktyor nəslini yetişdirmək üçün yaşamalıydı.

Xəbər lenti

Xəbər lenti