Azərbaycan futbol yığması Belçikaya gedib. Qeyd edək ki, bir gün sonra yığma bu ölkənin milli komandasına qarşı Avro-2008 çempionatının seçmə oyununu keçirəcək.
Trend in xəbər verdiyi kimi, Şahin Diniyevin yetirmələri artıq yüngül məşq etməyə imkan tapıb. Oktyabrın 10-da isə yığma Brüsseldə qazonun vəziyyətini öyrənəcək. Kollektivdə zədəli futbolçu yoxdur və məşqçi qərargahı demək olar ki, bütün mühüm oyunçuların xidmətlərindən istifadə edə bilər.
Maraqlıdır ki, meydança sahibləri Qazaxıstanla heç-heçə ilə oynayaraq, bu silsilədə artıq bir xal itirib. Bu yaxınlarda qonaq meydançasında serblərə qarşı oyun da onlar üçün uğursuz olub. Komanda Serbiya yığmasına 0:1 hesabı ilə məğlub olub.