...

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Çempionlar kubokunda heç-heçə oynayıb

Cəmiyyət Materials 11 Oktyabr 2006 15:50 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Avstriyada keçirilən Çempionlar kubokunda "Ladya"ya lider mövqeyi qorumaqda köməklik göstərir.

Trend xəbər verir ki, üçüncü tur çərçivəsində Kazan komandası Çexiyanın "Bayuzet" komandası ilə görüşüb və azərbaycanlı şahmatçının ilk taxtada Sergey Movsesyan ilə görüşü heç-heçə ilə başa çatıb. Eyni zamanda 2004-cü il dünya çempionu Rüstəm Kasımcanov, Andrey Xarlov və Artyom İlin öz partiyalarında qalib gəliblər, nəticədə "Ladya" 4,5:1,5 hesabı ilə qalib gəlib və öz uğurlu seriyasını davam etdirib.

Çeboksardan olan "Elara" da uğurla çıxış edir, komandanın rənglərini gənclər arasında ikiqat dünya çempionu Şəhriyar Məmmədyarov qoruyur. Ötən turda komanda "Verder"ə qalib gəlib, belə ki, bu görüşdə Ş.Məmmədyarov Aleksandr Areşenkoya qalib gəlib.

Xəbər lenti

Xəbər lenti