...

Ramazanın iyirminci gününün qrafiki

Cəmiyyət Materials 12 Oktyabr 2006 13:25 (UTC +04:00)

Trend-i buradan izləyin

Ramazanın iyirminci günü - oktyabrın 12-də imsaqın vaxtı - 06.39, axşam namazı və iftarın vaxtı - 19.21-dir. Bu barədə Trend Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) istinadən xəbər verir.

Xatırladaq ki, QMİ cədvəlinə əsasən, bu gün axşam namazı və iftarın vaxtı - saat 19.22-dir. Qeyd edək ki, Şamaxı rəsədxanasının hesablamalarına əsasən, ölkə bölgələrindəki vaxt Bakı vaxtından 5-14 dəqiqə fərqlənir.

Sentyabrın 24-də Məhəmməd peyğəmbərin davamçıları üçün müqəddəs Ramazan ayı - sınaq, dəyişiklik və ümid ayı başlayıb. Həmin ay mömin şəxslərə günün işıqlı vaxtı yemək, içmək, "istənilən substansiyanı" qəbul etmək, siqaret çəkmək, qoxu iyləmək, qadınlarla yaxınlıq etmək qadağan olunur. Qaranlıq düşən zaman, "ağ və qırmızı sapı fərqləndirmək olmadıqda", məhdudiyyətlər aradan qaldırılır.

Oruc - islamın beş şərtindən biridir və hər bir mömin insan mütləq bu şərtlərə riayət etməlidir. Yalnız ağır xəstə, çox qoca insanlar, hamilə qadınlar, yolda olanlar və müharibə meydanında olan döyüşçülər oruc tutmaqdan azaddırlar. Lakin onlar da sonradan oruc tutmalıdırlar.

Müqəddəs Ramazan ayı - daxili təmizlənmə vaxtıdır. Hesab edilir ki, əgər insan vaxtını dua oxumaqla keçirirsə və savab işlər görürsə, məsələn, ehtiyacı olanlara yardım edir, xeyriyyə məqsədləri üçün pul sərf edirsə, Allah həmin şəxsin günahlarını bağışlaya bilər.

Xəbər lenti

Xəbər lenti